Polad Həşimovun anası: “Oğlumun intiqamının alınacağına əmin idim

Polad Həşimovun anası: “Oğlumun intiqamının alınacağına əmin idim"

Hazırda oxunan: Polad Həşimovun anası: “Oğlumun intiqamının alınacağına əmin idim"

171797

"Poladın şəhid olması ordumuz, xalqımız üçün böyük itki idi. Oğlumun şəhadət xəbərini eşitmək mənim üçün çox ağır olsa da, minlərlə insanın onu son mənzilə yola salması, gənclərin qisas hissi ilə cəbhəyə yollanmaq üçün axışdığını görəndə əmin oldum ki, Poladın intiqamı yerdə qalmayacaq.

Xalqımızın qeyrətli oğulları Polad Həşimovun şəhadətindən güc alaraq torpaqları azad etdilər. Vətənimizin ərazi bütövlüyünün Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin alınması ilə tamamlanması nəinki mənim, bütün şəhid analarının qəlbindəki övlad itkisi yanğısını xəfiflətdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova jurnalistlərə müsahibəsində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Polad Həşimovun DOĞUM günüdür


“Əminəm ki, bu gün Şuşada, Xankəndidə dalğalanan Azərbaycan Bayrağı torpaqlarımızın azad edilməsi naminə canından keçən qəhrəmanların ruhunu şad edir. Polad kimi minlərlə Vətən övladının ruhlarının dinclik tapdığına inanıram. Yetişən nəslin isə cəsur, qeyrətli oğulları özlərinə örnək bilməsi, şəhidlərin izi ilə getməsi bir şəhid anası kimi məni sevindirir”, - deyə Səmayə Həşimova bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO