Şuşadan torpaq götürən həmkarlarımız - VİDEO

Şuşadan torpaq götürən həmkarlarımız - VİDEO

Hazırda oxunan: Şuşadan torpaq götürən həmkarlarımız - VİDEO

171767

"Ata nənəm Raziyə Şuşada doğulub, boya-başa  çatıb. Şuşada işləyən babamla ailə qurub, Gəncəyə köçüb. Nənəm Şuşanı çox sevirdi, həmişə Şuşa şəhərindən çox böyük həvəslə danışardı."  

Bu sözləri Şuşada səfərdə olan, Bizim.Media-nın  əməkdaşı Məqsəd Rəhimov deyib.

Əməkdaşımız Şuşadan götürdüyü torpağı nənəsininin  məzarına apacağını deyir. 

Şuşadan torpaq götürüb doğmalarının qəbrinə aparan digər həmkarımız isə Quba rayonunda yayımlanan "Qafqaz"tv-nin əməkdaşı Elçin Əsəddidir. 

Elçin də Şuşadan götürdüyü torpağı əslən Şuşadan olan valideynlərinin məzarına səpəcəyini deyib. Müsahibim deyir ki, yay tətilini  həmişə Şuşada keçirib, sonuncu dəfə isə  1989-cu ildə burada olduqlarını bildirib. Elçin Əsəd 7 yaşı olarkən 1979 -cu ildə Şuşada çəkdirdikləri fotosunu da paylaşıb. Bildirib ki, ermənilərin yerlə yeksan etdiyi Şuşanı indi yenilənmiş, abadlaşmış görməsi onu çox sevindirib.
 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO