Goranboyda avtomobil AŞDI – Yaralılar var

Goranboyda avtomobil AŞDI – Yaralılar var

Hazırda oxunan: Goranboyda avtomobil AŞDI – Yaralılar var

171734

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində rayon sakinləri 2005-ci il təvəllüdlü Əbdürrəhman Nəsibov , 2004-cü il təvəllüdlü Allahverdi Nəsibov və 2006-cı il təvəllüdlü İbrahim Yolçuyev müxtəlif  dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO