Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib

Hazırda oxunan: Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib

171466

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu [email protected] poçt ünvanına göndərilməklə aparılacaq. Sənədlərin qəbul müddəti 2024-cü il yanvarın 31-də başa çatacaq.

Ətraflı məlumatla nazirliyin saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, İctimai Şuraya seçkilərin təşkili məqsədilə komissiyanın yaradılması barədə əmr imzalanıb. Elm və təhsil nazirinin imzaladığı əmrə əsasən, bu sahədə dövlət siyasətinin formalaşdırılması və hüquqi aktların hazırlanmasına dair təkliflərin verilməsi, ictimai müzakirələrin təşkili, ictimai və yerli əhəmiyyət daşıyan məsələlərin həll olunması, nazirliyin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi məqsədilə yeni şura yaradılacaq. Seçki komissiyası tərəfindən İctimai Şuraya seçkilərin təşkili, o cümlədən üzvlərin say həddinin müəyyən edilməsi barədə tədbirlər həyata keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO