Göyçayda pirotexniki vasitələr satan şəxslər CƏZALANDIRILIB - FOTO

Göyçayda pirotexniki vasitələr satan şəxslər CƏZALANDIRILIB - FOTO

Hazırda oxunan: Göyçayda pirotexniki vasitələr satan şəxslər CƏZALANDIRILIB - FOTO

171205

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Çərəkə və Kürd kəndlərində yerləşən mağazalarda gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub. 

Polis əməkdaşları tərəfindən həmin mağazalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb və şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO