“Naxçıvan Muxtar Respublikasının ən ağrılı sahələrindən biri bu gün su təsərrüfatları ilə bağlıdır.”
Bizim.Media xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi jurnalistlərə açıqlamasında Fuad Nəcəfli deyib.
O, Naxçıvanda suyun qıt olduğunu bildirib:
Naxçıvan ərazisində olan Araz çayı beynəlxalq sərhədlər arasında axan çaydır, Arpaçayı isə Ermənistan ərazisində formalaşır. Digər lokal xarakterli Naxçıvan ərazisində axan çayda isə o qədər çox su yoxdur. Araz çayının üzərində tikilmiş su anbarın həcmi 1 milyard 254 milyon kubmetrdir. Bu gün həmin anbardakı suyun həcmi 594 milyon kubmetrdir. Arpaçay su anbarının tutumu isə 150 milyon kubmetrdir. Hal-hazırda Arpaçay su anbarında suyun həcmi 46 milyon kubmetrdir.
Naxçıvan çayı üzərində Heydər Əliyev su anbarı 92 milyon kubmetr su tutur. Bu gün oradakı suyun hecmi 8 milyon kubmetrdir. Düşünün ki, 8 milyon kubmetr su bir il ərzində Naxçıvan şəhərinin əhalisinin içməli suyla təmin etməyə ancaq yetir.
Həm Kəngərli, həm Babək, həm də Culfa rayonunun təsərrüfat sahəsi də suvarma suyunu məhz həmin anbarlardan alırlar. Su olduqca qıtdır. Bunun formalaşdırma yolları, mənbələri var. Təəssüf ki, yağıntılar da istədiymiz səviyyədə deyil. Yağıntının az olması yayda su ilə bağlı çətinliyimizin olacağından xəbər verir.”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:04 / 26.12.2023
Fuad Nəcəflidən Naxçıvanın su problemi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Fuad Nəcəflidən Naxçıvanın su problemi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Fuad Nəcəflidən Naxçıvanın su problemi ilə bağlı AÇIQLAMA
170994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.