Bu gün gecə saat 3 radələrində Bakının Nərimanov rayonu ərazisində qətl hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş ver verib. Araşdırma aparılır.
Bizim.Media