Ölkəmizdə hansı sahə üzrə kadrlara tələbat daha ÇOXDUR? – ARAŞDIRMA 

Ölkəmizdə hansı sahə üzrə kadrlara tələbat daha ÇOXDUR? – ARAŞDIRMA 

Hazırda oxunan: Ölkəmizdə hansı sahə üzrə kadrlara tələbat daha ÇOXDUR? – ARAŞDIRMA 

170855

Dövlət Statistika Komitəsinin bu ilin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatında göstərilir ki, cari dövrdə Respublika üzrə ümumilikdə 12 303 yeni müəssisə və təşkilat yaradılıb ki, bunun da 9787-si Bakı şəhərinin payına düşür. Yerdə qalan 2516 iş yeri isə bölgələrdə yaradılıb. 

Ölkə üzrə bu ilin 3 rübü ərzində yaradılan 12 415 yeni iş yerinin 9557 ədədi 9 ay ərzində həyata keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Bəzi ixtisasların tədris müddəti azaldılacaq" – Emin Əmrullayev


Cari dövrdə ölkədə 329 fəaliyyət növü yaradılıb ki, bunlar da əsasən nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əmliyyatlar, peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, dövlət idarəetməsi və müdafiə; sosial təminat, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət növləridir. 

Bəs 2023-cu ildə Azərbaycanın əmək bazarında hansı yeni peşələr yaranıb? Həmin peşələr üzrə ölkənin kadr potensialı hansı səviyyədədir?

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Cəfərova Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən 2022-2023-cü illəri əhatə edən 18 min iş elanlarının məlumatları, həmçinin müxtəlif istiqamətlər üzrə işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən 50 sahibkarlıq subyektləri arasında sorğular və meqatrendlər keçirilib, eləcə də makroiqtisadi sektorlar üzrə təhlillər aparılıb: 

“Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis, Qida üzrə texnoloq, İT və texnologiya sahəsi və onların idarə edilməsi üzrə mütəxəssislərə təlabat yüksəkdir. Orta və iri sahibkarlıq subyektləri ilə keçirilmiş sorğuların nəticəsində məlum olub ki, bəzi hallarda ölkənin əmək bazarında ixtisaslı ali və peşə təhsilli kadrların tapılmasında çətinliklər yaranır və bu zaman xaricdən mütəxəssislər dəvət olunur. 

Belə ki, texnoloq, elektrik, mühəndis, aqronom, laborant, qaynaqçı, müxtəlif avadanlıqlar üzrə operatorlar, keyfiyyətə nəzarət üzrə mütəxəssislər işəgötürənlərin çətinliklə tapdıqları peşə sahibləridir. Bununla yanaşı, qida istehsalı sahəsində texnoloqlar, kompüterlə idarə olunan dəzgahların operatorları, HVAC (İsitmə, ventilyasiya), mədən sənayesində metallurq, kənd təsərrüfatında aqronom, geniş profilli traktorçu, budamaçı kimi peşələrin mütəxəssislərinə də tələbatın yüksək olduğu qeyd edilir. 

Mütəxəssislərin fikrincə, indi olduğu kimi gələcəkdə də texniki və istehsal sahələrində çalışan kadrlara təlabat çox olacaq”.

2023-cu ildə Azərbaycanın əmək bazarı üçün nə ilə yadda qaldı? 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov cari ildə ölkənin əmək bazarıda yadda qalan bəzi hadisələri diqqətə çatdırdı:

“Nazirlər Kabineti tərəfindən “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin Siyahısı”nın və onların tətbiqi qaydalarının təsdiq edilməsi və “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” AR NK-nin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli Qərarının ləğv edilməsi barədə qərarından sonra əmək bazarında canlanma yarandı. 

Bununla da, 674 iş yeri üzrə qadınların əmək bazarına qoyulan məhdudiyyət aradan qalxdı. Hələ ötən il beynəlxalq təşkilatların tələblərindən sonra Əmək Məcəlləsinə dəyişikliklər edildi və icra edilməyə başlanıldı. Hələ 240 peşə var ki, qadınlar hamilə olarkən, yaxud uşaq dünyaya gətirərkən, başqa işlərdə işləməlidir”. 

Əmək bazarında yaranan yeni peşələrlə bağlı da ekspert fikirlərini bölüşüb:

“Yeni peşələr əsasən, İnformasiya Texnologiyaları (İT), maliyyə və bəzi sahələdə yarana bilər. Bundan başqa, IV sənaye inqilabı ilə bağlı da bəzi peşələr yaranıb”. 

Rövşən Ziya, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO