Bakı-Pirşağı dəmir yolu istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Pirşağı qatarında nasazlığın səbəbi bilindi - RƏSMİ AÇIQLAMA
“Bu gün Bakı-Pirşağı istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21.00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media