Moderator.az-axa0verilən məlumata görə, tədbiri giriş sözü ilə SDU-nin rektoru, dosent Elxan Hüseynov açaraq ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatların dövlətimizin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb, son dövrlərdə universitetdə görülən işlər haqqında məlumat verib, bugünkü görüşün məqsəd və məramından danışaraq, bu qəbildən olan tədbirlərin tələbələr üçün müstəsna əhəmiyyətini dilə gətirib.
Tədbirin təşəbbüskarı və təşkilatçısı, "Azərikimya”x9d İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev görüş iştirakçılarına "Azərikimya”x9d İB və Sumqayıtda tikilməkdə olan kimya və neft-kimya müəssisələri haqqında məlumat verib, bu müəssisələrin rəhbərlərini tədbir iştirakçılarına təqdim edib. M.Babayev qeyd edib ki, bugünkü görüşün əsas məqsədlərindən biri şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti ilə bu müəssisələrin qarşılıqlı faydalı əməkdaşlığının miqyasını genişləndirmək, nəticə etibarilə də kimya və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr arasından seçim yolu ilə bu müəssisələr üçün gələcəyin kimyaçı mühəndislərini yetişdirməkdir. Bu gün həm "Azərikimya”x9dnın, həm də bu qəbildən olan digər müəssisələrin ixtisaslı və yüksək biliyə malik mühəndislərə çox böyük ehtiyacı var.
Tədbir boyu "Sumqayıt Kimya Sənaye Parkı”x9d MMC-nin direktoru Nazim Talıbovun, "SOCAR-Polymer”x9d MMC-nin Maliyyə direktoru Fuad Əhmədovun, "Etilen-polietilen”x9d zavodunun direktoru Oqtay Niftəliyevin və Karbamid zavodunun direktoru Xəyal Cəfərovun, rəhbərlik etdikləri müəssisələr haqqında geniş təqdimatı dinlənilib, tələbələr və pedaqoji kollektiv Sumqayıt, o cümlədən Azərbaycan Kimya Sənayeasi üçün mühüm əhəmiyyət kəsb edən bu müəssisələrdə görülən işlər və həyata keçirilən layihələr haqqında geniş məlumatlandırılıb.
Təqdimatlardan sonra tələbələrin SOCAR-ın idarə və müəssisələrində kadrlarla iş, karyera yüksəlişi, xaricdə təhsil proqramı, həyata keçirilən yeni layihələr, ali təhsil ocaqları ilə müəssisələr arasında elmi əməkdaşlığın imkanları, həmçinin strateji yol xəritəsi, "Cənub Qaz Dəhlizi”x9d, dünya bazarında neftin qiymətlərinin enməsinin respublikamıza təsiri və digər çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb, eyni zamanda qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı təklifləri dinlənilib.
Tədbirin sonunda "Azərikimya”x9d İstehsalat Birliyi və Sumqayıt Dövlət Universiteti arasında daha geniş qarşılıqlı faydalı əməkdaşlıq şərtlərini özündə ehtiva edən memorandum imzalanıb. Memorandumu "Azərikimya”x9d İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Sumqayıt Dövlət Universitetinin rektoru, dosent Elxan Hüseynov imzalayıblar.
Tələbələr və SDU-nun rəhbərliyi maraqlı və Sumqayıt üçün mühüm əhəmiyyət kəsb edən görüş üçün tədbirin təşəbbüskarlarına dərin minnətdarÂxadlıqlarını ifadə ediblər.













































































































