Yevlaxda taksi yaşlı kişini öldürdü

Yevlaxda taksi yaşlı kişini öldürdü

Hazırda oxunan: Yevlaxda taksi yaşlı kişini öldürdü

170583

Yevlax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Mamayev Barı Alo oğlunu "VAZ-21011" markalı avtomobil vurub.

Ağır xəsarətlər alan piyada elə hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.

Qeyd edək ki, avtomobil taksi olaraq fəaliyyət göstərirmiş.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO