Xəbər verdiyimiz kimi Qərb bölgəsində küləkli hava müşahidə olunur.
Bizim.Media xəbər verir ki, tufan Gəncə şəhərində dağıntılarsız ötüşməyib.
Belə ki, şəhərin mərkəzində, Gəncə şəhəri icra hakimiyyətinin qarşısında quraşdırılmış Yeni il "yolkası" küləyin təsirindən aşıb.
Bununla bağlı görüntüləri isə hadisə şahidləri sosial şəbəkə hesablarında paylaşıblar.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media