Musa Yaqub: “Müşfiqin heykəlini sökmək ruhsuz insanların işidir”x9d

Musa Yaqub: “Müşfiqin heykəlini sökmək ruhsuz insanların işidir”x9d

Hazırda oxunan: Musa Yaqub: “Müşfiqin heykəlini sökmək ruhsuz insanların işidir”x9d

170338
Bu gün böyük Azərbaycan şairi Mikayıl Müşfiqin paytaxtın İnşaatçılar prospektində olan heykəlinin sökülməsinə bir sıra ziyalı və tanınmış ictimai xadimlər sərt reaksiya veriblər. Xalq şairi Musa Yaqub virtualaz.org-a bu xəbərdən kədərləndiyini və belə bir şairin heykəlinə sayğısız yanaşanların mütləq cəzalandırılmalı olduğunu deyib:

“Bu məni çox kədərləndirdi. Müşfiq talecə bədbəxt insan idi, amma şair kimi çox xoşbəxt idi. Cəmi 29 il yaşayıb, amma yaratdıqları mahnılarda, könüllərdə yaşayır. Hələ də bir çox insanlar onun şərəfinə uşaqlarına Müşfiq adı qoyurlar. Bu el məhəbbətidir. Belə bir şairin heykəlinə toxunmaq olarmı?

Müşfiqin heykəlini dağıtmaq ruhsuz, duyğusuz, qədirbilməz insanların işidir. Çox təəssüf ki, indi söz, mədəniyyət maddiləşib. Müşfiqin heykəlini dağıtmaqmı olar?! Bunu edənlər mütləq cəzalarını almalıdırlar”x9d, - deyə M.Yaqub bildirib.

Qeyd edək ki, M. Müşfiqin heykəli “Azəravtoyol”x9d ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan qoparılaraq götürülüb. Nazirlik bununla bağlı məhkəməyə müraciət edəcəyini desə də, “Azəravtoyol”x9d ASC heykəli yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq anbarda saxladığını və təmirdən sonra bərpa edəcəyini açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO