Qəbələdə QƏZA: Sürücülər xəsarət aldılar

Qəbələdə QƏZA: Sürücülər xəsarət aldılar

Hazırda oxunan: Qəbələdə QƏZA: Sürücülər xəsarət aldılar

170309

Axşam saatlarında Qəbələ şəhər ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ikitərəfli yolda ötmə qaydalarına riayət etməyən “Mercedes”lə “Toyota” markalı minik avtomobillər toqquşub. 

Bu zaman avtomobillərin sürücüləri Qəbələ rayonu Bum qəsəbə sakini, 36 yaşlı Rüstəm Maksudov və 37 yaşlı Vüqar Osmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadası yaralılara yerində ilkin tibbi yardım göstərəndən sonra sürücülər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda hər iki sürücü müayinədən keçirilir, müalicələr təyin edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO