Abşeronda çirkab suları evlərin həyətlərinə dolur - VİDEO

Abşeronda çirkab suları evlərin həyətlərinə dolur - VİDEO

Hazırda oxunan: Abşeronda çirkab suları evlərin həyətlərinə dolur - VİDEO

170175

Abşeron rayonunun Digah qəsəbəsində yaşayan sakinlər yollarının asfaltlanmamasından şikayətlənirlər.

Bizim.Media xəbər verir ki, onlar iddia ediblər ki, ümumi uzunluğu beş kilometr olan yol indiyə qədər asfaltlanmayıb:

“Nə yol, nə kanalizasiya, nə də marşrut var. Kanalizasiya bütün evlərimizi bərbad hala salır, həyətlərə girmək olmur. Palçıqlı küçələrdə uşaqlarımız məktəbə piyada gedib-gəlirlər. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, icra nümayəndələrinə, bələdiyyələrə imzalar toplanıb. Heç biri üzə çıxmır”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəsəbənin asfaltlanması həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya xəttinin çəkilməsindən sonra mümkün olacaq.

Daha ətraflı süjetdə:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO