ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Hazırda oxunan: ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

170143

Yeni il tətili günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Bizim.Media-ya ADY-dən məlumat verilib.

Qeyd edilib ki, qatarla səfərlərə tələbatın artacağı bir vaxtda müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.

Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə, əlavə suallarınız yaranarsa, 24/7 fəaliyyət göstərən 1822 əlaqə mərkəzimizə müraciət edə bilərsiniz.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO