Əmisi qızını zorladığı deyilən oğlan - ''Gördüm ayağını ayağının üstünə aşırıb...'' - FOTO

Əmisi qızını zorladığı deyilən oğlan - ''Gördüm ayağını ayağının üstünə aşırıb...'' - FOTO

Hazırda oxunan: Əmisi qızını zorladığı deyilən oğlan - ''Gördüm ayağını ayağının üstünə aşırıb...'' - FOTO

17013

16 yaşlı əmisi qızını zorlamaqda ittiham edilən gənc canlı yayıma gəlib.

Bizim.Media xəbər verir ki, Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verlişində axtarılan Səidə Cəfərova barəsində bəzi təfərrüatlar ortaya çıxıb.

Səidə Cəfərovaya təcavüzdə günahlandırılan Əfrayim adlı gənc onun haqqında deyilənlərin yalan olduğunu söyləyib:

"Mən işə getmədiyim gün əmimgilə gəldim. Gördüm ki, əmim nəvəsi Xeyrəddin də onun yanındadır. Ayağını ayağının üzərinə aşırıb, oturmuşdu.

Mən də ona dedim ki, yad oğlanın yanında belə oturmaq olmaz. İkinci dəfə də gördüm ki, Səidə yenə oturub. Səidənin üstünə qışqırdım ki, sənə demədim ki, oturma burda. Həmin an oməni söyüb, qaçdı. Əmim nəvəsi Xeyrəddinə dedim ki, sən get.  Mən də  uşaqlarla futbol oynamağa getdim. Futbol oynayanda ayağım sındı, sınıqçının yanına yollandım. Mən Cəlilabadda olanda əmim zəng elədi ki, Səidəni niyə vurmusan.

Dedim ki, səhvi var ki, vurmuşam. Sonra əmim mənə yenə zəng elədi. Mən Səidəyə yalnız 2 sillə vurmuşam.

Səidənin anası 27 gün Bakıda olanda mən onu sahəyə aparıb, gətirirdim. Əgər onu vurası olsaydım, elə onda döyərdim. Cəlilabadda olanda atam dedi ki, gəl evə əmin səni öldürəcək. Səbəbini soruşanda heç nə demədi. Sonra bildim ki, guya Səidəyə təcavüz etmişəm. Mən Səidəyə təcavüz etməmişəm. Mən məcburiyyətdən Səidə ilə evlənəcəkdim. Səidəni heç bir kişiyə və qadına göstərməmişəm.

Mən dəfələrlə əmimin həyat yoldaşına demişəm ki, Səidəni məktəbə qoyma. Ondan çox şikayət gəlirdi.

Səidənin bir oğlana məktub yazması ilə bağlı qulağıma sözlər çatırdı.Hətta Səidə gizlin telefon da istifadə edirdi. Bu barədə anasına da məlumat vermişəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO