Azərbaycanla Türkiyə arasında bir sıra sənəd imzalandı

Azərbaycanla Türkiyə arasında bir sıra sənəd imzalandı

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında bir sıra sənəd imzalandı

170061

Azərbaycanla Türkiyə arasında bir sıra sənəd imzalanıb.

Bizim.Media xəbər verir ki, imzalanma Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında Fəaliyyət Planı imzalanıb.

İmzalanan müqavilənin detalları bəlli olub. Belə ki, AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub.
Bundan başqa, “DO-DEM” MMC ilə “Multipak Ambalaj” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək. “Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda otel tikiləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO