Lənkəranda beşotaqlı ev YANIB

Lənkəranda beşotaqlı ev YANIB

Hazırda oxunan: Lənkəranda beşotaqlı ev YANIB

169980

Lənkəran rayonunun Velədi kəndində  axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Kənd sakini Gülməmməd Cəlil oğlu Hüseynova məxsus ümümi sahəsi 200 kvadratmetr olan beşotaqlı evdə yanğın baş verib.
Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin üç texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın baş verən zaman evdə heç kim olmayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO