Bayramda rayonlara dəmiryolu ilə əlavə reyslər OLACAQ 

Bayramda rayonlara dəmiryolu ilə əlavə reyslər OLACAQ 

Hazırda oxunan: Bayramda rayonlara dəmiryolu ilə əlavə reyslər OLACAQ 

169926

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni il tətilində regionlara əlavə reyslər təyin edir. 

ADY-dən Bizim.Media-ya verilən məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır. 

Məlumata görə, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 30 dekabr - 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək. 

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO