Şimal bölgəsindən başlayan Şahdağ Milli Parkı Şimal-Qərb bölgəsində, Oğuz rayonunda tamamlanır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şahdağ Milli Parkının Oğuzun Baş Daşağıl kəndi ərazisində son nöqtəsi yerləşir.
Ötən gün Böyük Qafqazın cənub yamacları boyu yağan qar bu ərazilərdə də əsl qış ovqatı yaradıb.
Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, yerli və xarici turistlər Şahdağın Baş Daşağıl kəndi ərazisində yerləşən bu gözəlliyi daha dərindən və daha yaxşı görməsi üçün heç bir məhdudiyyət yoxdur. Sadəcə əraziyə daxil olarkən müəyyən məbləğdə ödəniş həyata keçirilir və bələdçilərin köməyi ilə marşrutlar üzrə gəzmək, tanış olmaq imkanı yaradılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu