Naxçıvana 10 min saxta dollar gətirən dəstə üzvləri SAXLANILDI – FOTO  

Naxçıvana 10 min saxta dollar gətirən dəstə üzvləri SAXLANILDI – FOTO  

Hazırda oxunan: Naxçıvana 10 min saxta dollar gətirən dəstə üzvləri SAXLANILDI – FOTO  

169696

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib. 

Naxçıvan Muxtar Respublikası DİN-nin mərbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə zərərsizləşdirilib. 

Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 (on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib. Dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO