Göyçayın asfalt üzü görməyən kəndi – FOTO/VİDEO  

Göyçayın asfalt üzü görməyən kəndi – FOTO/VİDEO  

Hazırda oxunan: Göyçayın asfalt üzü görməyən kəndi – FOTO/VİDEO  

169582

Göyçayın Yuxarı Qaraməryəm kəndinin yolları bərbad vəziyyətdədir. Qışda palçıqdan, yayda isə toz əlindən yolda hərəkət etmək mümkün deyil. Yolun acınacaqlı vəziyyətdə olması kənd sakinlərini təngə gətirib. Böyüklər işə, şagirdlər isə məktəbə getməkdə çətinlik çəkirlər. 

Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildirib.

Sakinlərin sözlərinə görə uşaqlar məktəbə gedəndə palçığa batmamaq üçün əlavə geyim və çəkmə götürməli olurlar. 

Buna baxmayaraq yenə də üst başları hər gün palçıq olur. Qış aylarında küçədən ancaq avtomobillə hərəkət etmək mümkündür. Piyadaların böyük əksəriyyəti kəndin yollarında asfalt qatının olmamasından əziyyət çəkirlər. 

Sakinlər kəndin daxili yollarının acınacaqlı vəziyyətdə olması ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də hər dəfə onlara “düzələcək və ya təmir edəcəyik” deyib onları sakitləşdirməyə çalışıblar. 

Beləcə sakinlər illərdir bu ağır şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Amma problm həllini tapmır. Hazırda kənd əhalisi yolun abadlaşması üçün aidiyyatı qurumlardam kömək gözləyirlər. 

Problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Göyçay rayon Yuxarı Qaraməryəm kənd icra nümayəndəliyi ilə əlaqə saxladıq. Kənd icra nümayəndəsi Nicat Mahmudov Bizim.Media-nın yerli bürosuna açıqlamasında kənd yolunun mövcud vəziyyətindən xəbərdar olduqlarını bildirib: 

“Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinə də məlumat vermişik. Rayon icra hakimiyyəti müraciətimiz əsasında bərbad vəziyyətdə olan kənd yollarının təmiri  üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verib. Həmin müraciət əsasında rayonun kənd yollarının asfaltlama işlərinə start verilib. Hazırda rayonun Çayarxı kəndində işlər davam etdirilir. 

Nəzərinizə çatdırırıq ki, rayon ərazisində olan kənd yollarının təmiri işləri mərhələli şəkildə həyata keçrilir. Yuxarı Qaraməryəm kəndinin yollarına da yaxın gələcəkdə asfalt örtüyünün salınması işlərinin həyata keçrilməsi nəzərdə tutulur”. 
Mövzunu diqqətdə saxlayacağıq.
 















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO