Lənkəranda 3 yaşlı uşaq qızılcadan ÖLDÜ 

Lənkəranda 3 yaşlı uşaq qızılcadan ÖLDÜ 

Hazırda oxunan: Lənkəranda 3 yaşlı uşaq qızılcadan ÖLDÜ 

169575

Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Lənkəranın Şirinsu qəsəbə sakini olan 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadənin qızılcadan öldüyü bildirilir. 

Məlumata görə, azyaşlıda bir həftə əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşağın hərarəti düşüb, yaranan qızartılar çəkilib.

Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili tibbi yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib, onun təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili tibbi yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onu xilas etmək mümkün olmayıb. 
Ailənin digər övladı, 2019-cu il təvəllüdlü Yunus Elvin oğlu Abızadənin də hərarətinin olduğu, azyaşlının Bakıdakı xəstəxanaya yola salındığı bildirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO