Qəzaya düşən PFL rəsmilərinin sağlamlıq durumu ilə bağlı AÇIQLAMA

Qəzaya düşən PFL rəsmilərinin sağlamlıq durumu ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Qəzaya düşən PFL rəsmilərinin sağlamlıq durumu ilə bağlı AÇIQLAMA

169563

“Reanimasiyada olan prezident Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin durumunun qənaətbəxş olduğu deyilir”.

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən qurumun əməkdaşlarının son durumu barədə məlumat verərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Peşəkar Futbol Liqasının prezidenti Xankəndinə gedərkən QƏZAYA DÜŞDÜ - VİDEO


​​​​​​​O bildirib ki, “Liv Bona Dea Hospital”da əməliyyat olunan hər iki şəxs hazırda reanimasiyadadır:

“Elxan müəllimin bədənində çoxsaylı sınıqlar və əzilmələr var. Hər iki ayağı sınıb, qolu gipsdədir. Aslan müəllimin onurğa sütununda sınıq var idi, dünən əməliyyat olunub. Əməliyyatdan sonra hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir”.

Avtomobilin sürücüsü Rasim Qafarlının hər iki ayağında əzilmə və müxtəlif dərəcəli sınıqlar olduğunu vurğulayan mətbuat katibi onun da əməliyyat edildiyini söyləyib.

Sənan Abdullayev həm özünün, həm də texniki-idman direktoru Elgiz Abbasovla icraçı direktor Zaur Hacı-Məhərrəmovun hazırkı vəziyyəti barədə də məlumat verib:

“Elgiz Abbasovun sağ ayağı qırılıb, gipsə salınıb. Zaur Hacı-Məhərrəmovun burnu qırılıb, çiyin nahiyəsində çat var. Mənim isə topuqlarım əzilib, dabanımda yara dərin olduğu üçün tikiş qoyulacaq. Sol ayaq barmağımda da kəsik var, tikiş qoyulacaq. Həmçinin sol ayağımda və əl barmağımda qırıq var”.

Qeyd edək ki, dekabrın 16-da, saat 07:05 radələrində Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı əvvəlcə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlar daha sonra Bakıda yerləşən “Liv Bona Dea Hospital”a təxliyə ediliblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO