Avtobus zolaqları ilə bağlı hansı işlər görülür?

Avtobus zolaqları ilə bağlı hansı işlər görülür?

Hazırda oxunan: Avtobus zolaqları ilə bağlı hansı işlər görülür?

169529

"Velosiped zolaqlarının təşkili diqqət mərkəzindədir. Velosiped zolaqlarının vahid xəritəsinin təşkilinə başlamışıq".

Bizim.Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. 

O, əlavə edib ki, qısa zamanda bu işlər başa çatdıqdan sonra nəqliyyat axınında keyfiyyət baxımından dəyişiklik müşahidə ediləcək.

"Zolaqlar boş qalmamalıdır. Avtobus zolaqları ilə bağlı da işlər görülür. Hazırda Bakıda 21 avtobus zolağı var, 180-ə yaxın marşrut xətti var. Təhlilər onu göstərir ki, bu marşrut xətləri azaldılmalıdır. Amma bu o demək deyil ki, məntəqələrin sayı azaldılmalıdır. Əksinə məntəqələr daha da genişləndirilməlidir”, - deyə o əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO