Şimal bölgəsində bu gecə şaxtalı, qarlı hava şəraiti hökm sürüb. Quba və Qusar şəhərləri daxil olmaqla yaşayış məntəqələrinə qar düşüb.
Bizim.Media xəbər verir ki, Qusarda 5,7 dərəcə şaxta olmaqla 3 sm qar, Quba şəhərində isə 3,6 dərəcə şaxta olmaqla 3 sm qar qeydə alınıb.
Ən çox qar isə 8 sm olmaqla Qubanın Qrız kəndinə düşüb. Bu kənddə 8,6 dərəcə şaxta olub.
Quba-Qusar yolu, kəndlərarası və mərkəzi yollar buz bağlayıb. Yollara duz və qum səpilməsinə başlanılıb. Yollarda hər hansı hadisə olması barədə məlumat yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu