Qəzaya düşən PFL prezidenti və vitse-prezidentinin vəziyyəti açıqlandı

Qəzaya düşən PFL prezidenti və vitse-prezidentinin vəziyyəti açıqlandı

Hazırda oxunan: Qəzaya düşən PFL prezidenti və vitse-prezidentinin vəziyyəti açıqlandı

169427

Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Liv Bona Dea Hospitalın mətbuat xidməti yayıb.

Mənbə yazır ki, onların reanimasiya şəraitində müalicələri davam edir:

"Digər 4 xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir".

Qeyd edək ki, dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində 6 nəfər - PFL-in prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktoru Zaur Hacıməhərrəmov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO