Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? - FOTO 

Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? - FOTO 

Hazırda oxunan: Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? - FOTO 

169162

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, 1 nəfərə “general-leytenant” ali hərbi rütbəsi, 1 nəfərə “general-mayor” ali hərbi rütbəsi, 2 nəfərə isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi - SİYAHI 


Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, “general-leytenant” ali hərbi rütbəsi alan Etibar Rəsul oğlu İsmayılov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. 


O, bu vəzifəyə 2022-ci ilin avqust ayında təyinat alıb. 

Daxili xidmət polkovnikləri Aqşin Böyükağa oğlu Kazımova Asif Eltufat oğlu Məmmədliyə isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib. 


Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, 2023-cü ilin iyun ayında bu vəzifəyə təyin olunub. 


Asif Məmmədli isə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO