Yasamalda qəza olub, xəsarət alan var - FOTO

Yasamalda qəza olub, xəsarət alan var - FOTO

Hazırda oxunan: Yasamalda qəza olub, xəsarət alan var - FOTO

169092

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“BMW” markalı maşını idarə edən şəxs yol ayrıcından geriyə dönərkən “Honda” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını “BMW” markalı avtomobilə çırpıb. Qəza zamanı “BMW” yol ayrıcı betona çırpılaraq dayanıb.

“Honda”nın sürücüsü hadisə yerindən yayınıb. Məlum olub ki, “Honda” markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Fakt üzrə əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü axtarışdadır.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO