Ağstafada

Ağstafada "Mercedes" iki avtomobillə TOQQUŞDU - Ölən var 

Hazırda oxunan: Ağstafada "Mercedes" iki avtomobillə TOQQUŞDU - Ölən var 

168934

Ağstafada ölümlə nəticələn yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ağstafa şəhəri ərazisində hərəkətdə olan Tariyel İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub. 

Nəticədə o, qarşı tərəf hərəkət zolağına çıxaraq İslam Məmmədzadənin idarə etdiyi "Opel Astra" markalı avtomobillə toqquşub. Hadisə zamanı "Mercedes" markalı avtomobilin sürücüsü Tariyel İsgəndərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində həyatını itirib. "Opel Astra" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO