Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə BURAXILDI - FOTO

Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə BURAXILDI - FOTO

Hazırda oxunan: Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə BURAXILDI - FOTO

168891

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərpoçt” MMC-dən bildirilib.

Məlumata görə, bir markadan ibarət blok şəklində hazırlanan markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib.
Marka Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” mətbəəsində 4 000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur.

Bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO