Xəbər verildiyi kimi ötən gün fasiləsiz yağan yağıntılardan sonra Binəqədi rayonunu su basıb. Söhbət Binəqədi rayon Dövlət Yol Polisinin qarşısındakı ərazidən gedir. Kanalizasiya sistemi yağan yağışa tab gətirməyib, nəticədə küçələr və yaşayış evləri su ilə dolub. Acınacaqlı durum avtomobillərin və piyadaların hərəkətinə ciddi maneə törədib.
Qeyd edək ki, Binəqədi sakinləri bu vəziyyətin hər il aramsız yağıntılardan sonra təkrarlandığını bildiriblər.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bu hal dünən sadəcə yarım saatlıq yaşanıb:
“Nasoslarımızda problem yaranmışdı, aradan qaldırdıq. Dünən günün ikinci yarısından sonra və həmçinin bu gün belə problem baş verməyib”.
- A-
- A
- A+
Cəmiyyət
13:10 / 13.12.2023
Hər il yağıntılardan sonra su altında qalan BİNƏQƏDİ – Problem HƏLL olunubmu? – VİDEO
Hazırda oxunan: Hər il yağıntılardan sonra su altında qalan BİNƏQƏDİ – Problem HƏLL olunubmu? – VİDEO
Hazırda oxunan: Hər il yağıntılardan sonra su altında qalan BİNƏQƏDİ – Problem HƏLL olunubmu? – VİDEO
168812
Nuranə Daxilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.