Hindistanın ölkəmizdəki səfiri Şəkiyə səfər edib

Hindistanın ölkəmizdəki səfiri Şəkiyə səfər edib

Hazırda oxunan: Hindistanın ölkəmizdəki səfiri Şəkiyə səfər edib

168699

Hindistanın ölkəmizdəki səfiri Şəkidə səfərdə olub. Səfər çərçivəsində səfir və onu müşayiət edən nümayəndə heyəti şəhər rəhbərliyi ilə görüşüb, Şəkinin tarix-mədəniyyət abidələri ilə tanış olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verilib.

Bildirib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur.

Səfər çərçivəsində səfir  Sridharan Madhusudhanan Kiş kəndində Alban məbədi və "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ilə tanış olub. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq hindistanlı diplomatda böyük maraq doğurub. Diplomat, həmçinin, qoruqdakı şəbəkə emalatxanasına baş çəkib.
Sridharan Madhusudhanan qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO