"Cəbrayılda günəş elektrik stansiyası TİKİLƏCƏK" - “Azərenerji” -nin prezidenti 

Hazırda oxunan: "Cəbrayılda günəş elektrik stansiyası TİKİLƏCƏK" - “Azərenerji” -nin prezidenti 

168646

"2025-ci ilin birinci yarısında Qafqazın ən böyük istilik-elektrik stansiyası istifadəyə veriləcək". 

Bizim.Media xəbər verir ki, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev jurnalaistlərə açıqlamasında qeyd edib.

Onun sözlərinə görə hazırda stansiyanın tikinti işləri qrafikə uyğun aparılır: 

"Azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin isə salınması üzərində işlər gedir. Yaxın zamanlarda yeni açılışların şahidi olacaqsınız".

Balababa Rzayev həmçinin əlavə edib ki, Cəbrayılda da bp şirkəti ilə birlikdə 200 MVT gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub:

“Tikinti işləri başlamaq ərəfəsindədir".

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO