Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurordan AÇIQLAMA

Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurordan AÇIQLAMA

Hazırda oxunan: Qarabağda saxlanılan separatçılarla bağlı Baş Prokurordan AÇIQLAMA

168638

"Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb".

Bizim.Media xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Fəxri Xiyabanda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bütün istintaq hərəkətləri həyata keçirilir:

“Azərbaycan xalqı bu istintaqın gedişatı ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. İşin istintaqı başa çatandan sonra iş məhkəməyə göndərilicək”.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətiriblər.


Məhərrəm ƏIiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO