Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan ölkəmizə ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan ölkəmizə ekstradisiya edilib

Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan ölkəmizə ekstradisiya edilib

168550

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Rzayev Namiq İbrahim oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Namiq Rzayevin öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib.

Namiq Rzayev Gürcüstanın ərazisində saxlanılaraq dekabrın 11-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO