Ötən gün gölməçəyə yıxılıb ölən Xudat sakininin hansı səbəbdən quyuya düşməsi məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, 47 yaşlı Xudat şəhər sakini İlqar Ağayarov qəbul etdiyi spirtli içkinin təsirindən məişət tullantıları üçün nəzərdə tutulmuş quyuya düşüb və orada boğulub ölüb.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda bir nəfər gölməçəyə düşərək ölüb
Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu