Şəkidə sahibsiz itlər insanlara hücum edir - VİDEO

Şəkidə sahibsiz itlər insanlara hücum edir - VİDEO

Hazırda oxunan: Şəkidə sahibsiz itlər insanlara hücum edir - VİDEO

168417

Şəkidə sürü şəklində küçədə gəzən sahibsiz itlər insanlara hücum edir. Gənc qız ətrafdakıların köməyi ilə xilas olsa da, yaşlı kişi itlərdən qurtulmaq istəyərkən yıxılır. Ətrafdakı insanlar onu itlərin əlindən alır.

Bizim.Media xatırladır ki, bu günlərdə şəhərin mərkəzində uşaqları itlərdən qorumaq istəyən 70 yaşlı kişini həmin sahibsiz heyvanlar dişləyib. Xəsarət alan kişini xəstəxanaya aparıblar.

Sakinlər bildiriblər ki, sahibsiz itlərin qorxusundan nə şagirdlər məktəbə, nə də böyüklər işə gedə bilirlər. Sürü ilə gəzən heyvanlar şəhərin ortasında hər kəsə hücum edir.  

Məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən  bildirilib ki, sahibsiz itləri xüsusi müəssisələr götürərək sığınacaqda yerləşdirməlidir. Belə sığınacaqlar da yalnız paytaxtdadır. Bununla belə, problemin həlli istiqamətində tədbirlər hazırlanır və aidiyyəti orqanlarla məsləhətləşmələr aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO