Bakıda binaların divarlarına yapışdırılan reklamlar bu tarixdə SÖKÜLƏCƏK – RƏSMİ AÇIQLAMA 

Bakıda binaların divarlarına yapışdırılan reklamlar bu tarixdə SÖKÜLƏCƏK – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Bakıda binaların divarlarına yapışdırılan reklamlar bu tarixdə SÖKÜLƏCƏK – RƏSMİ AÇIQLAMA 

168071

Xəbər verdiyimiz kimi bundan sonra Bakıda reklamın binanın fasadında (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə yol verilməyəcək.  Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Bakı şəhərinin ərazisində olan binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər”də  öz əksini tapıb.

Qeyd edilib ki, reklamın binanın fasadında dekorativ-bədii və (və ya) mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsi; həmçinin, reklam məqsədilə pəncərə və divar oyuqlarının, həmçinin onların çərçivələrinin (impostlarının) bağlanmasına, boyanmasına və dekorativ plyonkalarla örtülməsi qadağandır.
 

MÖVZU İLƏ BAĞLI:

Saxta məhsullarını reklam edənlərə STOP – Yeni qanunun TƏFƏRRÜATI 


Ona görə də fasad reklamları memarlıq abidələrinin (binalarının) kompozisiyasına, üslubuna, ornament və ya naxışlarına, o cümlədən fasadlarının dekorasiyasına xələl gətirmədən, rənglərin və rəng birləşmələrinin məhdud istifadəsi, fasadın rəngi ilə harmoniyası nəzərə alınmaqla yerləşdirilməlidir.

Qeyd edək ki, son vaxtlar məsələ ictimai müzakirə obyektinə çevrilib. Bizim.Media olaraq biz də bir neçə dəfə bu məsələyə toxunmuşuq. 

Belə ki, bir çox hallarda açıq hava reklamları tarixi binaların üzərinə yerləşdirilirdi. Bu da həm tarixi binanın vizual görünüşünü korlayır, həm də binanın davamlılığına xələl gətirir. Ona görə də Nazirlər Kabinetinin məlum qərarı bu sahədəki  problemlərin aradan qaldırılması üçün bir platformadır.

Bəs, Nazirlər Kabinetinin qərarının icrasına nə zaman başlanılacaq? 

Bu sualla ADRA-ya müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında qərar qüvvəyə minib: 

“Bakı şəhəri ərazisində tarixi, mədəni, memari dəyərə malik binaların çoxluğu, müasir estetik görüntü və təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, layihənin ilkin olaraq paytaxtda tətbiqi qərara alınıb.

Sahibkarların fəaliyyətində çətinliklər yaranmasın deyə qərarın icrasına yaxın günlərdə mərhələli şəkildə başlanılacaq. 

Qərara əsasən, reklam qurğularının binanın fasadının tinlərində, memarlıq detallarında, memorial lövhələrə, həmçinin memarlıq abidələrinin məlumat lövhələrinə 1 metrdən yaxın məsafədə  yerləşdirilməsinə, reklamın binanın fasadında dekorativ-bədii və mətn təsvirinin bilavasitə çəkilməsi yolu ilə (boyama, yapışdırma və digər metodlarla) yerləşdirilməsinə, reklam qurğusunun eyvanlarda, məhəccərlər və hasarlar istisna olmaqla, digər çəpərləyici qurğularda yerləşdirilməsinə icazə verilməyəcək. 

Sahibkarlar nəzərə almalıdırlar ki, memarlıq abidələrində eyni obyektə aid 1-dən çox fasad reklamına, eləcə də abidələrin üzərində kronşteyn panel qurğusunun yerləşdirilməsi də qərarla qadağan edilir. Binanın üzərində eyni zamanda bir neçə fasad reklamı yerləşdirildikdə, qeyd edilən reklam qurğuları vahid üfüqi xətt boyunca bir hündürlük səviyyəsində olmalıdır”.    

Qurum tərəfindən o da qeyd edildi ki, Nazirlər Kabinetinin 499 nömrəli qərarında qeyd olunan bu layihəni ADRA fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək üçün beynəlxalq təcrübədən yararlanaraq hazırlayıb aidiyyatı üzrə təqdim edib:
“Fasad reklamlarının standartlarını müəyyənləşdirən layihəyə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, memar və dizaynerlər, o cümlədən reklamçılar cəlb edilib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO