Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər- Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.
Bizim.Media xəbər verir ki, qafqazinfo.az bu münasibətlə Aşqin Bəbirovun anası Dürdanə Bəbirova ilə də əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə edib
“Nə deyə bilərəm? Hər zaman sizlər yanımızda oldunuz. Prezidentimizə çox minnətdaram. Ölmüşdük, Prezidentimiz bizi diriltdi. Səsimizə səs verdi, fəryadımızı eşitdi”- deyə D.Bəbirova sevinc göz yaşlarına hakim ola bilməyib.