Həbsdə olan şair kassasiya şikayətini geri götürdü

Həbsdə olan şair kassasiya şikayətini geri götürdü

Hazırda oxunan: Həbsdə olan şair kassasiya şikayətini geri götürdü

167710

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, şair Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda şikayətə baxılıb.

Əjdər Cəbiyev məhkəməyə ərizə göndərib. O, kassasiya şikayətini geri götürüb.

Qeyd edək ki, Əjdər Cəbiyev(Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Onun məhkəməsi 2 ildir davam edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO