Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.
Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub.
Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib. 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:31 / 04.12.2023
Ötən ay 107 nəfər zəhərlənib, 4-ü vəfat edib - RƏSMİ
Hazırda oxunan: Ötən ay 107 nəfər zəhərlənib, 4-ü vəfat edib - RƏSMİ
Hazırda oxunan: Ötən ay 107 nəfər zəhərlənib, 4-ü vəfat edib - RƏSMİ
167382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.