Qəbələdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar ziyarət olundu - FOTO

Qəbələdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar ziyarət olundu - FOTO

Hazırda oxunan: Qəbələdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar ziyarət olundu - FOTO

167208

3 Dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günü münasibətilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, tədbirdə əlil uşaqlar, onların valideynləri, müvafiq dövlət qurumlarının nümayəndələri, könüllülər iştirak ediblər.

Tədbirdə ölkəmizdə sağlamlıq imkanları məhdud, əlilliyi olan uşaqlara göstərilən dövlət qayğısından bəhs edilib, onların cəmiyyətə inteqrasiyası, istedadlılıq və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün davamlı tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. 
Uşaqlar şən klounla birlikdə əyləncəli vaxt keçiriblər. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO