İstanbul prokurorluğu Bakıda, bu yaxınlarda bağlanılan Qafqaz Universitetini terror ideyaları yayan təşkilatların siyahısına daxil edib.xa0
Moderator.az minval-a istinadən xəbər verir ki, bu barədə yanvarın 30-da Türkiyənin “Hurriyet”x9d nəşri məlumat yayıb.xa0
Məlumata görə, Türkiyə prokurorluğu Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rumıniya və bir sıra ölkələrdə Fətullah Gülənin terror təşkilatına aidiyyəti olan 17 tədris ocağının siyahısını dərc edib. xa0
Prokurorluğun məlumatına görə, bu ali məktəblər Gülən hərəkatının ideya və məqsədlərini yayırlar.xa0
Türkiyədə iyulun 16-na keçən gecə hərbi çevrilişə cəhd olub. İstintaq çərçivəsində Ankara on minlərlə vətəndaşı göz altına alıb. Ankaranın fikrincə, qiyamı ABŞ-da yaşayan Fətullah Gülən təşkil edib.xa0
Türkiyə dəfələrlə Vaşinqtonu Güləni ekstradisiya edilməsinə çağırıb.xa0
Qafqaz Universiteti Bakıda 1993-cü ildə açılmışdı.xa0































































































