Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib - YENİLƏNİB/VİDEO

Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib - YENİLƏNİB/VİDEO

166906

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal keçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub.

*** 19:48

Bakı şəhəri 90cu mikrorayon ərazisində hündürmərtəbi yaşayış mərtəbəsində mənzillərdən birində yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər hadisə şahidləri tərəfindən sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə yanğının mənzilin eyvanına yayıldığı əks olunub.
 

 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO