Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.
Hazırda parlamentin 15 komitəsi var.
Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:18 / 30.11.2023
Milli Məclisin komitə sədrlərinə yeni avtomobillər verilib – FOTO
Hazırda oxunan: Milli Məclisin komitə sədrlərinə yeni avtomobillər verilib – FOTO
Hazırda oxunan: Milli Məclisin komitə sədrlərinə yeni avtomobillər verilib – FOTO
166859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.