Noyabrın 30-da saat 09:20 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
ADY-dən Bizim.Media-ya verilən xəbərə görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.
ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:37 / 30.11.2023
Dəmir yolu xəttini keçmək istəyən qadını qatar öldürdü
Hazırda oxunan: Dəmir yolu xəttini keçmək istəyən qadını qatar öldürdü
Hazırda oxunan: Dəmir yolu xəttini keçmək istəyən qadını qatar öldürdü
166816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.