Şəhid anasının oğlunun ili üçün topladığı pul OĞURLANDI - VİDEO

Şəhid anasının oğlunun ili üçün topladığı pul OĞURLANDI - VİDEO

Hazırda oxunan: Şəhid anasının oğlunun ili üçün topladığı pul OĞURLANDI - VİDEO

166385

Neftçalanın Bankə qəsəbəsində oğurluq hadisəsi olub. 

Bizim.Media xəbər verir ki, qəsəbədə yaşayan şəhid anası İlşad Kəlbiyeva evinə axşam saatlarında daxil olan cinayətkar tənha yaşayan vətəndaşı hədələyərək onun 800 manat pulunu alıb.

Quldurluq edən şəxs naməlum istiqamətdən həyətə və oradan evə daxil olub. Üzündə maska olan şəxs ananı bıçaqla hədələyərək pulunu alıb. Hadisə ilə bağlı Neftçala polis idarəsinə müraciət edilib. 
Məsələ ilə əlaqədar  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun rəhbəri, baş inspektoru polis mayoru Nizam Həmidovun sözlərinə görə, sözügedən cinayət işi ilə əlaqədar olaraq Neftçala rayon Polis Şöbəsində cinayət işi açılıb.

Qeyd edək ki, İlşad Kəlbiyeva Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin anasıdır. Şəhid anası pensiyasından qənaət edib yığdığı pulu şəhid oğlunun  ildönümünü qeyd etmək üçün saxlayıbmış.


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO