Polis Zərdabda reyd KEÇİRDİ: 18 sürücü CƏZALANDIRILDI - FOTO  

Polis Zərdabda reyd KEÇİRDİ: 18 sürücü CƏZALANDIRILDI - FOTO  

Hazırda oxunan: Polis Zərdabda reyd KEÇİRDİ: 18 sürücü CƏZALANDIRILDI - FOTO  

166371

Zərdabda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib. Reyd zamanı polisin saxla əmrinə tabe olmayan və kobud şəkildə qaydaları pozan avtonəqliyyat vasitələrinin sürücülərinə cərimələr tətbiq olunub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yollarda hərəkətin nizamlanması istiqamətində yol hərəkəti qaydalarını pozan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reydlərə start verib.

Ağır tonajlı, iri qabaritli yük avtomobillərinin girişi qadağan olan prospekt və küçələrdə qadağa nişanına məhəl qoymayan sürücülər də yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Eyni zamanda yaşayış məntəqlərinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən sürücülər də qanundan yayına bilməyib. Bəzi sürücülər yol hərəkəti qaydalarını pozsalar da, özlərini haqlı çıxarmağa çalışıblar. 

Zərdab rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılan xeyli sayda sürücü cərimələnib.

Onlardan bəzilərinin avtomobili cərimə meydançasına aparılıb. Reyd zamanı 40-a yaxın avtonəqliyyat vasitələri saxlanılıb. Onlardan 18 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokollar tətbiq olunub.

Bundan başqa təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya edən, ötmə əməliyyatın düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, saxla əmrinə əməl etməyən sürücülər də yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibati cəza tədbirləri görülüb.

Reyd zamanı bilməyərəkdən qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən maarifləndirilərək yola salınıb. Bundan başqa rayon ərazisində piyada keçidlərindən istifadə edən hərəkət iştirakçları marifləndirilib və onlara piyada keçidindən düzgün istifadə etmələri tövsiyə olunub. 
Qeyd edək ki, bu kimi tədbirlərin Zərdab RPŞ-nin DYPB əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. 
















Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO